Kim Çen In daşqında xilasetmə əməliyyatında iştrak etdi - FOTO

Kim Çen In daşqında xilasetmə əməliyyatında iştrak etdi - FOTO

Kim Çen In daşqınlardan zərər çəkmiş sakinləri “xilas etmək” üçün bahalı avtomobildən istifadə edib. O, güclü yağışlar səbəbindən daşqın zonasında olan Şimali Pxenyan bölgəsindən sakinləri xilas etmək üçün özü şəxsən gedib.
 

Sfera.az bildirir ki, Çinlə həmsərhəd olan bölgə Amnok çayının daşmasından sonra su altında qalıb. Kim tamamilə yeni cipində, xilasetmə əməliyyatına şəxsən rəhbərlik edib.
 

Xilas edilmiş sakinlər liderlərini gördükdən sonra “təşəkkür göz yaşları töküblər”.


Kim Çen Inın fotosunu dövlət xəbər agentliyi dərc edib. Şəkillərdə onun sakinləri evakuasiya etmək üçün istifadə edilən hərbi helikopterlərin yanından keçdiyi, hərbi qulluqçularla əl sıxışdığı, avtobusda gedən sakinlərə əl yellədiyi, qatlanan kresloda yorğun oturduğu və daha sonra yeni parıldayan, naməlum marka avtomobilin arxa oturacağından fəlakət zonasını müşahidə etdiyi əks olunub.




Şimali Koreya mediasında yayılan xəbərdə deyilir ki, Kim Çen In “əlverişsiz hava şəraitində və fövqəladə vəziyyətlərdə sakinləri xilas edərkən 10-dan çox helikopterin hərəkətinə nəzarət edərək xilasetmə işlərinə şəxsən rəhbərlik edib”.
 

 

“Güclü külək və yağışlı havada hava limanında onları gözləyən yoldaş Kim Çen In ilə gözlənilmədən görüşən xilas edilmiş sakinlər o qədər təsirləniblər ki, sonsuz həyəcan və minnətdarlıq göz yaşları tökərək ürəkdən seviniblər”-xəbərlərdə deyilir.
 

Kim Çen In daşqınlarda yerli rəsmiləri günahlandırıb. Onun sözlərinə görə, qasırğalar və tayfunlar “qarşısıalınmaz təbiət hadisəsi” hesab edilir və səlahiyyətlilər təbii fəlakətlərin qarşısının alınmasını inamla öhdələrinə götürmürlər.


Qeyd edək ki, Şimali Koreya daşqınları Asiyada hökumətlərin və alimlərin texnogen iqlim dəyişikliyi səbəbindən daha çox yayıldığını bildirdiyi, ekstremal hava hadisələrinin səbəb olduğu dağıntı və iqtisadi itkilərlə mübarizə apardığı bir vaxtda baş verir.
 

Qaemi qasırğasının bölgəni bürüməsi nəticəsində son günlər Asiyanın böyük hissələrini güclü yağış və daşqınlar bürüyüb. Təkcə ötən həftə Filippinin bəzi yerlərində, sonra isə Tayvanda güclü daşqınlar olub, sahilyanı və mərkəzi Çində daşqınlar səngimək bilməyib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...