Cəlilabadda qonaq qaldığı evdən oğurluq edənşəxs SAXLANDI

Cəlilabadda qonaq qaldığı evdən oğurluq edənşəxs SAXLANDI

Cəlilabad rayonunda qonaq qaldığı evdən 3 min 500 manat dəyərində zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

 

Sfera.az-ın report-a istinadən məlumatına görə, Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki evlərdən birindən 3 min 500 manat dəyərində zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər məhkum olunmuş Şakir Vəliyev müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR