Xəzərdə baş verən qəzada itkin düşən neftçinin oğlu: "Atamla axşam danışdıq, dedi hava küləklidi"

Xəzərdə baş verən qəzada itkin düşən neftçinin oğlu:

SOCAR-ın "Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində dənizdə itkin düşən 10 nəfərdən 5-i Ələt qəsəbəsinin, 1-i isə Hacıqabul rayonu Atbulaq kəndinin sakinidir. 

APA-nın Mil-Muğan müxbiri həmin neftçilərin ailələrində olub.

 Ələt sakini, maşinist, 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğlu 8 uşaq atasıdır. Onun 3 qızı, 5 oğlu var. İtkin düşən daha bir nəfər isə onun qardaşıdır. Operator, 1971-ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğlunun iki azyaşlı övladı var. 

Güloğlan Zülfüqarovun oğlu bildirib ki, atası ilə sonuncu dəfə dünən axşam danışıblar: "Axşam atamla danışdıq, hal-əhval tutduq, dedi ki, hava küləklidi. Səhər isə xəbəri  eşitdik. Atama zəng etdik, amma zəng çatmadı. 8 uşağıq, bir qardaşım evlidi, qalanlar subay, heç birimiz işləmirik, atamın qazancı ilə yaşayırdıq, dövlətdən kömək göstərməsini xahiş edirik”. 

Operator, 1958-ci il təvəllüdlü Qafarov İlham Əlihüseyn oğlu 3 uşaq atasıdır. Qəza nəticəsində dənizə düşən 10 nəfərdən hələlik yalnız onu meyiti tapılaraq çıxarılıb. 

Operator, 3 uşağı olan 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlunun bir övladı 6-cı, biri isə 4-cü sinifdə oxuyur. Digəri məktəbə getmir. 

Operator, 1967-ci il təvəllüdlü Bəhrəmov Cavid Ayatxan oğlunun da 3 övladı var. 

Onların ailə üzvləri də yaşanan faciədən sarsıntı keçiriblər. Amma onlar ümidlərini üzmürlər, yaxınlarının qayıdacağına ümid edirlər.

Hacıqabul rayonu Atbulaq kənd sakini, operator, 1979-cu il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlunun ailəsinin faciəsi isə daha dəhşətlidir.

Qorxmaz ailəli olub. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Qorxmazın övladı yoxdur.

Atası İsbat Rüstəmov bildirib ki, 5 il əvvəl 3 övladını yol qəzasında itirib: "5 il əvvəl 3 övladımı qohumlarımla birgə avtomobil qəzasında itirdim. Həmin qəzada övladlarımla birlikdə 14 qohumumu itirmişdim. Bir oğlum qalmışdı, o da dənizdə batdı, daha heç kimim qalmadı”.


OXŞAR XƏBƏRLƏR

Evlənmək istəyənlər üçün yeni tələb: Əlavə sənədlər lazımdır

Azərbaycanda nikahın qeydə alınması üçün yeni sənədlər tələb olunur.   Sfera.az xəbər verir ki, qanunla müəyyən olunmuş qaydada qohum evliliklər...

“Paracetamol” tərkibli 2 dərman vasitəsi qüsurlu çıxdı - Geri çağırıldı

İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.   Bu barədə Sfera.az-a Mərk...

Zukerberq “şəxsi super zəka” yaradacaq: Süni intelekt strategiyası dəyişir

"Meta" şirkətinin Baş direktoru Mark Zukerberq süni intellekt sahəsində yeni strategiyasını açıqlayıb. “Şəxsi super zəka” adlanan bu yanaş...

FHN əhaliyə təkrar müraciət etdi

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.   Sfera.az  müraciəti təqdim edir:   ...

Azərbaycanda daha bir zəlzələ oldu

Lənkəran-Lerik sərhəddində 3,5 bal gücündə zəlzələ qeydə alınıb.   Bu barədə Sfera.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysm...

Rusiya Suriya ilə yaxınlaşır - Görüş yaxşı nəticələnib

Moskvada keçirilən görüşdən sonra Suriyanın Xarici İşlər Naziri Əsəd Əl-Şeybani Rusiya ilə münasibətlərin yaxın gələcəkdə “əla istiqamətdə” inkişaf ...