Yaşlı babalardan ibarət cinayətkar dəstə həbs edildi


Yaşlı babalardan ibarət cinayətkar dəstə həbs edildi

Yaponiya polisi bu yaxınlarda ən azı iki evə soxulmaqda günahlandırılan və onlarla başqa oğurluqda şübhəli bilinən üç babanı həbs edib.
 

Sfera.az bildirir ki, 88 yaşlı Hideo Umino, 70 yaşlı Hidemi Matsuda və 69 yaşlı Keniçi Vatanabe əvvəllər birlikdə çalışıblar. Biri soyğunçuluq edib, ikincisi sürücü, üçüncüsü isə oğurlanmış malların satışı ilə məşğul olub.İddialara görə, babalar ilk dəfə dəmir barmaqlıqlar arxasında görüşüblər. Azadlığa çıxdıqdan sonra cinayətləri daha effektiv etmək üçün güclərini birləşdirməyə qərar veriblər. Polis tərəfindən "G3S" (yapon dilində "baba" deməkdir) ləqəb verilən üçlük may ayında Hokkaydoda boş evə soxularaq 200 yen (təqribi 2000 Azn) və təxminən 110 Azn dəyərində üç şüşə viski oğurlamaqda ittiham. Növbəti ay onların başqa bir boş evi qarət etdikləri və təxminən bir milyon yen (1 milyon 110 mindən bir qədər çox) dəyərində zinət əşyaları oğurladığı iddia edilir. Hazırda polis qrupun Sapporo və Ebetsu şəhərlərində daha 10 oğurluq hadisəsində iştirakını araşdırır.


Polisin verdiyi açıqlamaya görə, üç keçmiş məhbus islah müəssisəsini tərk etdikdən sonra özləri üçün dəqiq müəyyən edilmiş rollarla birlikdə işləməyi planlaşdırıblar. Oğurluqları 88 yaşlı Hideo Umino törədib, Matsuda sürücü, Vatanabe isə oğurlanmış malların satışına cavabdeh olub.
 

Oğurlanmış evlərdən birinin sahibi oğurlanmış əmlak barədə məlumat verdikdən sonra polis araşdırmalara başlayıb. Kamera görüntülərini yoxladıqdan və oğurlanmış əşyaların yerini tapdıqdan sonra cinayətləri üç yaşlı kişinin törətdiyi məlum olduqda şoka düşüblər. Sorğu-sual zamanı qoca cinayətkarlar bunları çörək qazanmaq üçün törətdiklərini bildiriblər.
 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...