Son bir həftədə aşkarlanan silah-sursatların sayı açıqlandı - FOTO

Son bir həftədə aşkarlanan silah-sursatların sayı açıqlandı - FOTO

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə DİN əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

 

Bildirilib ki, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

 

Həyata keçirilən tədbirlərlə 19-26 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 24 avtomat silahı, 1 pulemyot, 9 tüfəng, 28 qumbara, 29 alışdırıcı, 441 mərmi, 5 süngü-bıçaq, 93 patron darağı, 3118 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa rayonu ərazisindən 1 pulemyot, 50 qumbara, 7 partlayıcı, 3 mərmi və 320 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 8 avtomat, 3 tüfəng, 64 mərmi, 121 qumbara, 11 patron darağı, 2 alışdırıcı, 30 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, 20 ədəd kapsul detonatoru, 3 şaşka, 57 ədəd barıt atımı, 1 ədəd mina detektoru, 1040 ədəd müxtəlif çaplı patron, Kəlbəcər rayonu ərazisindən isə 1 avtomat silahı, 3 ədəd patron darağı və 59 ədəd patron aşkar edilərək götürülüb.

 

Firuzə Əliyeva

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...