Övladını amansızcasına öldürən şəxsin istintaqı TAMAMLANDI - QƏRAR

Övladını amansızcasına öldürən şəxsin istintaqı TAMAMLANDI - QƏRAR

Sumqayıt şəhəri ərazisində martın 31-də dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

 

Bu barədə Sfera.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

 

Məlumata görə, istintaqla 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşilin ağladığı üçün azyaşlı övladını Xəzər dənizinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindəki sahilinə aparıb suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Ahmet Turan Yeşilə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilərək, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...