Ağadadaş Ağayevlə mühafizəçi haqda QƏRAR VERİLDİ - FOTO

Ağadadaş Ağayevlə mühafizəçi haqda QƏRAR VERİLDİ - FOTO

Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri - Xalq artisti Ağadadaş Ağayev və “Medera” hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb olunublar.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağadadaş Ağayev və Nurəddin Cəlilov təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Lakin həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməyib. İstintaq orqanının qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

 

Hadisə ilə bağlı Ağadadaş Ağayevin vəkilləri Şəfa Camalzadə və Asim Abbasov sayta açıqlama veriblər. Vəkillər müvəkkillərinin ittihamları qəbul etmədiklərini deyiblər:

 

 

“Videogörüntülərdən göründüyü kimi, Ağadadaş Ağayev hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və buna görə də ciddi həkim nəzarəti altında müalicə alır. A. Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən videogörüntü yəqin ki, ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq”- deyə vəkillərin açıqlamasında qeyd olunub.

 

Fotoda Şəfa Camalzadə

 


OXŞAR XƏBƏRLƏR