Ağadadaş Ağayevi döyən mühafizəçini hansı cəza gözləyir? - AÇIQLAMA

Ağadadaş Ağayevi döyən mühafizəçini hansı cəza gözləyir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirməsinin görüntüləri yayılıb. Görüntülərdə mühafizəçinin Ağadadaş Ağayevi döydüyü, onu yerə yıxaraq təpiklədiyi görünür.

 

Bəs bu hərəkətlərinə görə mühafizəçiyə hansı cəza verilə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, videodan göründüyü kimi, Ağadadaş Ağayev qarşı tərəfə balta atıb və mühafizəçi onu döyüb.

 

“Mühafizəçinin hərəkətlərində də xuliqanlıq cinayətlərinin əlaməti var. Araşdırma nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinə görə mühafizəçi barədə cinayət işi açıla bilər. Bu maddəyə görə, mühafizəçi 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edilə bilər”.

 

Hüquqşünas qeyd edib ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir”.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR