Bakıda qadın yaşadığı evində talandı - RƏSMİ

Bakıda qadın yaşadığı evində talandı - RƏSMİ

Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Polisə müraciət edən 75 yaşlı qadın yaşadığı evin dəhlizində naməlum şəxsin ona zor tətbiq edərək qızıl boyunbağısını talamasını bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Adil Behbudov müəyyən olunaraq saxlanılıb. Ondan marixuana aşkar olunaraq götürülüb.

 

Araşdırma aparılır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR