Bakıda azyaşlı övladını girov götürən şəxs tanınmış idmançı imiş - VİDEO

Bakıda azyaşlı övladını girov götürən şəxs tanınmış idmançı imiş - VİDEO

Ötən gün Bakının Suraxanı rayonunda azyaşlını girov götürən və daha sonra polis tərəfindən zərərsizləşdirilən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

 

Sfera.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində 76 nömrəli məktəbin yaxınlığında yerləşən binada qeydə alınıb.

 

Əvvəllər məhkum olunan Xosrov Əhmədov öz azyaşlı övladının boğazına bıçaq dirəyərək onu öldürəcəyini bildirib.

 

Hadisə yerinə gələn polis əməkdaşları Xosrov Əhmədovu bu əməlindən yayındırmağa çalışıb. Dəfələrlə polisin qanuni tələblərinə və xəbərdarlıqlarına baxmayaraq, X.Əhmədov öz azyaşlı övladını öldürəcəyini bildirib. Polis əməkdaşları azyaşlının həyatını xilas etmək üçün Xosrov Əhmədovu zərərsizləşdirib.

 

Xosrov Əhmədovun əvvəllər peşəkar idmançı olduğu bildirilib. O, ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olub və bir sıra beynəlxalq yarışlarda iştirak edib.

 

O, "Beton Xosrov" ləqəbi ilə tanınıb və sosial şəbəkələrdə videogörüntüləri mövcuddur.

 

X.Əhmədovun bir müddət əvvəl psixoloji problemləri olan əmisinin evini əlindən alaraq, onu küçəyə atdığı da deyilir. (Report)

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı əsilli rejissor Kann Festivalının əsas mükafatını qazandı - FOTO

İranın tanınmış kinorejissoru Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edib.   Sfera.az bildirir ki, Azə...

Roma Papası erməni katolokisla təkbətək görüşdü

Bu gün Roma Papası XIV Leo Kilikiya Erməni Katolik Evinin katolikos-patriarxı Rafael-Petros XXI ilə təkbətək görüşüb.   Sfera.az xəbər verir ki,...

Azad Şabanovdan möhtəşəm konsert - FOTOLAR

Gənc müğənni Azad Şabanov sayca ikinci solo konserti ilə çıxış edib.   Sfera.az xəbər verir ki, estrada ulduzu bu dəfə ölkənin bir nömrəli və əsas sə...

Elza Seyidcahandan Roza Zərgərli ilə bağlı suala - REAKSİYA

Əməkdar artist Elza Seyidcahan "Full şou" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, sənətçi məhkəmlik olduğu m...

74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər - Pullarını da oğurladılar

Bu gün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, saat 06 radələrində nam...

Dünyanın ən məşhur uşaq yeməyində təhlükə aşkar edildi

Parlaq rəngli qutular, cizgi filmi personajları və dad vədləri uzun müddətdir ki, səhər yeməyi taxıllarını bir çox ailələrdə uşaqlar üçün əsas yemək halına gəti...