Macarıstan Ukraynanı məhkəməyə verməyə hazırlaşır

Macarıstan Ukraynanı Rusiya neftinin tranzitini dayandırdığı üçün məhkəməyə verməyə hazırlaşır. Rəsmi Kiyev Rusiyanın “Lukoyl” şirkətindən neftin öz ərazisindən tranzitini dayandırıb.
Sfera.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijyarto oxşar bəyanatlarla çıxış edib. Peter Szijyartonun sözlərinə görə, məsləhətləşmələr zamanı və ya məhkəmədə Ukrayna ilə razılığa gəlmək mümkün olmadıqda, Aİ-nin Assosiasiya Sazişinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmək hüququ var.
"Ukraynanın belə bir qərarı assosiasiya sazişinin açıq şəkildə pozulmasıdır" - deyə Szijyarto bildirib.
Peter Szijyarto izah edib ki, bu neft nəqli marşrutu təkcə Macarıstanı deyil, Slovakiyanı da neftlə təmin edir. Onun sözlərinə görə, enerji təchizatı siyasət deyil, infrastruktur məsələsidir.
O vurğulayıb ki, Budapeştin neft tədarükü Rusiyadan neft tədarükü olmadan fiziki olaraq həll edilə bilməz, çünki başqa ölkələrdən Macarıstana ölkəni kifayət qədər miqdarda bu xammalla təmin edə biləcək başqa alternativ neft kəməri yoxdur.
Ona görə də Ukraynanın qərarı Macarıstan və Slovakiyanın enerji təchizatına əsaslı şəkildə təhlükədir.
“Bu, Avropa İttifaqına üzv olmaq istəyən Ukrayna tərəfindən qəbuledilməz addımdır, hansı ki, bir qərarı ilə Aİ-nin iki üzvü ölkəsinə neft tədarükünü fundamental risk altına qoyur”- deyə nazir bildirib.
O, həmçinin xatırladıb ki, belə şəraitdə təsirə məruz qalan Aİ üzv dövləti Ukrayna ilə məsləhətləşmə proseduruna başlamaq hüququna malikdir, burada Avropa Komissiyası Aİ üzv dövlətini təmsil etməyə borcludur.
Szijyarto vurğulayıb ki, Ukrayna ilə razılığa gəlmək mümkün olmasa, o zaman qırx gün ərzində arbitraj məhkəməsinin yaradılması və prosesin aparılması imkanı var.
Bundan əlavə, macar nazirin sözlərinə görə, Avropa İttifaqının Ukrayna qarşısında assosiativ saziş üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmək hüququ var.
Xanım
Sfera.az