XİN rəsmisi: "İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır"

XİN rəsmisi: "İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır"

İran ABŞ ilə birbaşa olmayan danışıqları davam etdirməyə hazırdır.

 

Sfera.az “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Reza Nəcəfi bildirib.

 

Onun sözlərinə görə, 2015-ci ildə İranın nüvə proqramına dair “altılıq”la əldə edilmiş Əhatəli Razılaşma Planı üzrə danışıqları bərpa etməyə hazırdır.

 

Nazir müavini deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 15 hesabatı İranın öhdəliklərinə əməl etdiyini isbatlayır.

 

O, ABŞ-nin bu plandan çıxmasına görə ovaxtkı Prezident Donald Trampı ittiham edib.

 

Qeyd edək ki, 2015-ci ilin yayında tərəflər arasında Əhatəli Razılaşma sənədi imzalanıb. İranın həlak olmuş Prezidenti İbrahim Rəisinin başçılıq etdiyi hökumətin dövründə Omanın vasitəçiliyi ilə danışıqlar davam edib.


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...