Paşinyan bu iki səbəbə görə Əliyevlə görüşdən qaçdı

Paşinyan bu iki səbəbə görə Əliyevlə görüşdən qaçdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə ona görə görüşməyib ki, masada Böyük Britaniyanın baş naziri Keyr Starmer də oturacaqmış. Bunda qeyri-adi heç nə yoxdur. Avropa ilə bağlı toplantı Londonda keçirilib və Azərbaycanla Ermənistanın liderini görüşdürmək təşəbbüsü ev yiyəsi kimi Böyük Britaniyadan gəlib. Necə ki, fevralın əvvəlində İlham Əliyev və Nikol Paşinyan Münhendə Təhlükəsizlik Konfransında iştirakları səbəbiylə onları Almaniyanın kansleri Olaf Şolts görüşdürmüşdü, eynisini Böyük Britaniyanın baş naziri etmək istəyirdi. Bu ümumi qaydadır.

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın Londonda Azərbaycan lideri ilə görüşdən imtinası haqda qeyd edib.

 

“Böyük Britaniyanın baş nazirinin iştirakı simvolik xarakter daşıyacaqdı. Starmer ümumi şəkil çəkdirib və qısa şəkildə giriş nitqi deyib otağı tərk edəcəkdi. Olaf Şolts da fevralda belə etmişdi. Qəribəsi odur ki, Böyük Britaniya Azərbaycanla tərəfdaşlıq münasibətlərinə malik olsa da, İrəvan da son bir ildə Londonla sıx əlaqələr qurub, qarşılıqlı səfərlər reallaşıb.

 

Fikrimcə, Nikol Paşinyanın görüşdən imtinasının səbəbinin əsl mahiyyəti onun İlham Əliyevin iki tələbini yerinə yetirməsindən yayınmasıyla bağlıdır. Birinci tələb Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarını əks etdirən bəndlərin çıxarılması, ikinci tələb Minsk Qrupundan imtinanın birgə elan edilməsidir. Görünür, Paşinyan bu iki tələbin yerinə yetirilməsinin onun hakimiyyətinin zəifləməsi və reytinqinə təsir edəcəyi ilə əlaqələndirir. Halbuki bu iki şərt yerinə yetirilmədən sülh sazişinin imzalanması mümkün deyil. İlham Əliyevin sözlərinə görə, sülh sazişinin mətninin 90 faizi razılaşdırılıb. İki tələbin yerinə yetirilməsi 10 faizin içindədir, sülhə bircə addım qalıb. Paşinyan hər iki addımı atmaq məcburiyyətindədir, vaxtın uzanması heç nəyi dəyişməyəcək”, - politoloq vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...