Gələn il uçot faiz dərəcəsi üç dəfə artacaq
İqtisadiyyat
10:27 / 15.12.2016
1237
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artacağını bəyan edib.
Sfera.az bu barədə APA-ya istinadən xəbər verir.
Belə ki, gələn il sentyabr ayında uçot dərəcəsinin yenidən iki dəfə artırılacağı bildirilib.
Bunu kiçik tənzimləmə kimi adlandıran FED-in rəhbəri Canet Yellen bildirib ki, artıma səbəb iş yerlərinin çoxalması, inflyasiya göstəriciləri və yeni ABŞ administrasiyasının siyasəti səbəb olacaq.
Qeyd edək ki, dekabrın 14-də ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0,5-0,75% artırıb
.