"Titanik" filmindəki "Batan palto" rekord məbləğə hərraca çıxarıldı - FOTO

"Titanik" filmindəki "Batan palto" rekord məbləğə hərraca çıxarıldı - FOTO

1997-ci ildə çəkilmiş məşhur "Titanik" filmində Keyt Uinsletin canlandırdığı Rouz (Roza) Dyuitt Bukaterin geyindiyi palto hərracda rekprd məbləğə satılacaq.

 

Sfera.az bildirir ki, "Batan palto" kimi tanınan bu kostyumun “Entertainment Memorabilia” auksionunda 125.000-250.000 dollar arasında satılacağı gözlənilir. Hərrac “PropStore” tərəfindən təşkil olunacaq və avqustun 15-dən 18-dək baş tutacaq.

 

Roza filmdə ilk dəfə gəminin aysberqə dəyməsindən qısa müddət sonra yaxasında və manşetlərində naxışlı qara qıvrımlar olan açıq çəhrayı paltoda görünür.

 

Məhz burada Roza “Titanik”in cəmi bir saat ərzində batacağını və Atlantik okeanının dibinə çatacağını bildirir. Bu paltoda qəhrəman anası və Cal ilə xilasedici qayığa minmək üzrədir.

 

Maraqlıdır ki, geyim dizaynerləri çəkiliş üçün paltonun bir neçə variantını hazırlayıblar, çünki paltarın suya düşdüyü səhnələrin bir neçə kadrını çəkmək lazım gəlirdi. Bu paltonun iki versiyası əvvəllər müxtəlif auksionlarda satılıb: birincisi 2019-cu ildə “GWS” auksionunda 270.000 dollara, ikincisi isə 2023-cü ildə “Goldin” auksionunda 110.400 dollara satılıb.

 

Aysel 

Sfera.az 


OXŞAR XƏBƏRLƏR