Zelenskidən Trampla bağlı AÇIQLAMA: "Çətin olacaq, amma..."

Zelenskidən Trampla bağlı AÇIQLAMA: "Çətin olacaq, amma..."

Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampın prezident seçilməsini arzulamır. Zelenskinin sözlərinə görə, Tramp yenidən prezident seçilərsə, onunla işləmək çətin olacaq. Ukrayna prezidenti ölkəsinin ABŞ-nin dəstəyinə möhtac olduğunu, bu səbəbdən də istənilən administrasiya ilə işləmək məcburiyyətində qalacaqlarını söyləyib.

 

Sfera.az xəbər verir ki, Zelenski bu sözləri BBC-yə açıqlamasında deyib.

 

Ukrayna prezidenti Trampın vitse-prezident postuna namizədliyini irəli sürdüyü Ceyms Devid Vensin açıqlamalarından da narahatdır.

 

Devid Vens əvvəlki açıqlamalarında Ukraynada baş verənlərin onu maraqlandırmadığını demişdi.

 

Zelenski Devidin açıqlamasına cavab olaraq bunları deyib: “Ola bilsin ki, o, Ukraynada nə baş verdiyini başa düşmür. Əgər onlar gəlsələr, biz onların dəstəyinə yenə də ehtiyac duyacağıq. Çətin olacaq, amma çətin işdən qorxmuruq”.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR