Yenidən prezident olmaq istəyən Lyayen: "Aİ-ni müdafiə birliyinə çevirəcəyik"

Yenidən prezident olmaq istəyən Lyayen: "Aİ-ni müdafiə birliyinə çevirəcəyik"

Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen Aİ-ni müdafiə birliyinə çevirməyi vəd edib.

 

Sfera.az bildirir ki, müvafiq məlumat sözügedən qurumun saytında yerləşdirilib. Bildirilib ki, Avropa Komissiyasının rəhbəri kimi daha bir müddətə namizəd olmaq istəyən Lyayen növbəti beş il ərzində qeyd olunan məsələyə yönələcəyini vurğulayıb.

 

O əlavə edib ki, Aİ-yə üzv dövlətlər həmişə öz qoşunlarına görə məsuliyyət daşıyacaqlar: “Ancaq müdafiə sənayesi bazası, innovasiyalar və vahid bazarı gücləndirmək səylərini dəstəkləmək və əlaqələndirmək üçün Avropanın edə biləcəyi çox şey var”.

 

Lyayen həmçinin müdafiə üzrə Avropa komissarı təyin etməyi planlaşdırır. O, vəzifəyə gəldikdən sonra ilk 100 gün ərzində AK-daki müvafiq həmkarları ilə birlikdə “Avropa Müdafiəsinin Gələcəyinə dair Ağ Sənəd” təqdim edəcəyinə söz verib. Qeyd olunub ki, sənəddə Aİ-də müdafiə məsələlərinə yeni yanaşma prinsipləri göstəriləcək və bununla bağlı tələb olunan investisiya sahələri sadalanacaq.

 

Lyayen son olaraq,  Avropa Parlamentinin üzvlərini “güclü Avropa qurmaq” üçün onu ikinci müddətə AK rəhbəri kimi təsdiqləməyə çağırıb: “Biz dəniz, quru, hava, kosmos və kiber domenlərdə qabaqcıl müdafiə texnologiyalarına sərmayə qoyaraq Avropa Müdafiə Fondu yaradacağıq”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Sudan səfiri İlham Əliyevdən nəyi xahiş etdi?

Sudan Azərbaycan tərəfindən bu ölkənin tələbələri üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib.   Sfera.az xəbər verir ki, bunu Sudanın Azərbayc...

Azərbaycan Prezidenti Sudan səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb...

Ən çox sığorta haqqını hansı şirkətlər toplayır ? - Adlar

Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox yığım “Paşa Həyat Sığorta”da olub.   Sfera.az Teleqraf-a ist...

DİN və Dövlət Komitəsi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.   Sfera.az xəbər verir ki, məlumatda qeyd edilib ki, Az...

İlham Əliyev Polşa səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radoms...

Cavan dəriyə sahib olmağın SİRRİ

Yaşlandıqca dərimiz qalınlığı və elastikliyini itirir, xarici təsirlərdən daha az qorunur. Dərinin xarici təbəqəsi olan epidermis yaş artdıqca xüsusilə incələşi...