Transseksual gənc körpəni doğum evindən oğurladı


Transseksual gənc körpəni doğum evindən oğurladı

Ukraynanın Poltava vilayətində yeni doğulmuş körpə qaçırılıb.


Kremençuqdakı doğum evindən körpənin oğurlanması ölkədə böyük qalmaqal yaradıb, səs-küylü istintaq başlayıb.

Sfera.az bildirir ki, Ukrayna polisi hadisə haqda yeni məlumat yayıb. Hal-hazırda istintaq körpəni oğurlayanla əlbir olanları, uşağı qaçırmağın əvvəlcədən necə planlaşdırıldığını və saxlanılan şəxsin doğum evinə necə gəldiyini araşdırır.
 

Hüquq-mühafizə orqanları həmin şəxsin cinayəti necə bu qədər tez törətdiyini də araşdırır.


İstintaq davam edərkən cinayətin yeni təfərrüatları məlum olub. Belə ki, bir gey öz övladının olmasını arzulayıb. Dindirilmə zamanı o, özbaşına uşaq dünyaya gətirə bilmədiyini, bu səbəbdən cinayəti törətdiyini etiraf edib.
 

“O, 25 yaşlı gəncdir. Əvvəllər məhkum olunmayıb və kəndlərdən birinin sakinidir”- deyə hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.


Hüquq-mühafizə orqanlarının əməkdaşları qaçıran şəxsi taparaq saxlayıb və uşaq anasına qaytarılıb. Bu işin hallarının araşdırılması ilə yanaşı, cinayətkarın oğurluğu necə bu qədər tez - cəmi 5-10 dəqiqə ərzində, yeni doğulmuş körpələr otağına sərbəst girərək həyata keçirə bildiyi də müəyyən edilir. İstintaq həmçinin onunla bu işdə əlbir olanları, uşağı qaçırmağı əvvəlcədən planlaşdırması və gəncin psixi durumunu araşdırır.


Həmin şəxsin həkim qiyafəsində, yaxud doğum evinə qonaq kimi daxil olması da araşdırılır.
 

Poltava Prokurorluğunun mətbuat katibi Lyudmila İvaşçuk qeyd edib ki, həmin şəxs azyaşlının oğurlanmasında, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükə törədilməsində (Ukrayna Cinayət Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsi) şübhəli bilinir.


Prokurorluğun məlumatına görə, saxlanılan şəxs körpəni adi çantada aparıb. O, taksi çağıraraq, evə gedib.


Körpəsi oğurlanan qadın isə Şepelovka kəndində yaşayır və daha 4 övladı var.


Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR