Conni Deppin özündən 33 yaş kiçik xanımla münasibətinin təfərrüatları - FOTOLAR

Conni Deppin özündən 33 yaş kiçik xanımla münasibətinin təfərrüatları - FOTOLAR

Conni Deppin yeni münasibətinin təfərrüatları məlum olub.

Sfera.az
bildirir ki, 61 yaşlı aktyorun Praqada yaşayan 28 yaşlı rusiyalı Yuliya Vlasova ilə yeni sevgi münasibəti başlayıb. Ember Herddən qalmaqallı boşandıqdan iki il sonra aktyor özündən 33 yaş kiçik xanımla görüşür. Vlasova əslən Rusiya Federasiyasından olsa da, Praqada yaşayır.


Göründüyü kimi, cütlük münasibətlərini "qeyri-rəsmi" saxlayır və "sevgili" etiketlərindən imtina ediblər.


Sosial şəbəkələrdə rusiyalı qadın dostlarından şəxsi həyatı ilə bağlı mediaya heç nə deməmələrini xahiş edib:
 

“Dostlar, mən və şəxsi həyatımla bağlı jurnalistlərə müsahibə verməkdən çəkinməyinizi, şəxsi həyatıma hörmət və anlayış göstərməyinizi xahiş edirəm”.




Qeyd edək ki, Vlasova gözəllik mərkəzinin sahibidir. İlk dəfə 2021-ci ilin avqustunda 55-ci Karlovı Varı Beynəlxalq Film Festivalında “Karib dənizinin quldurları” ilə də məhz Praqada tanış olub.
 

Conni Deppin yeni sevgilisi əslən Yekaterinburqdandır. Moskvada Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb və sonra Çexiyaya köçüb.



2022-ci ildə aktyorun onu məişət zorakılığında günahlandıran Ember Herddən qalmaqallı boşanma prosesi tamamlanıb, məhkəmə Deppə bəraət verib.

 



Əvvəllər Deppin Kate Moss, Cennifer Grey, Winona Rayder, Vanessa Paradis ilə münasibəti olub. Sonuncudan onun iki övladı (qızı Lili-Rouz və oğlu Cek) var.


Aynil
 


OXŞAR XƏBƏRLƏR