Qonşuları ilə çoxsaylı qalmaqallardan sonra evini yandırdı


Qonşuları ilə çoxsaylı qalmaqallardan sonra evini yandırdı

Nyu-Yorkda bir yaşayış binasında aylarla “terror” törədən bir adam qonşularından bərk inciyib. O, qonşularını yandırmaq qərarına gəlib. Dəfələrlə qonşularla mübahisə edən kişi evi yandırıb.

Sfera.az bildirir ki, ötən gün səhər saatlarında baş verən insident nəticəsində azı 9 sakin xəsarət alıb.


Şahidlərdən biri, 29 yaşlı Tisdale Charles yanğın törədən şəxsi cinayət başında yaxaladığını və hətta onunla mübarizə apardığını iddia edir.
 

Şahidlərin dediyinə görə, gecə saat 3 radələrində alov dörd mərtəbəli giriş yolunu bürüyüb. Yanğını törətməkdə şübhəli bilinən kişi hətta insanların təhlükəsiz yerə getməməsi üçün ön qapını bağlamağa çalışıb.

"O, bir il əvvəl burada məskunlaşıb. Bundan sonra bütün insanlar ondan şikayət etməyə başlayıblar. Bir neçə dəfə polisə aparılsa da, hər dəfə geri qayıdır" - deyə qonşu Con Palma bildirir.


Şahidlərin dediyinə görə, şübhəli hətta qonşuların təhlükəsiz yerə getməməsi üçün giriş qapısını bağlamağa çalışıb.

Daha sonra hüquq-mühafizə orqanları, adı açıqlanmayan 60 yaşlı kişinin evi yandırdığını təsdiqləsə də, buna görə onun həbs olunmadığını bildirib.
 

"Zərbə kimi bir səs eşitdim, bayıra çıxdım və bu dəli kişi orada dayanmışdı” - şahid deyir.
 

Sakinlər bildiriblər ki, yanğın törətməkdə şübhəli bilinən şəxs baxıma ehtiyacı olanlara dəstək İcma Yaşayış İnstitutunun əməkdaşları tərəfindən nəzarətə köçürülüb.


Polis sözçüsü heç bir həbsin olmadığını təsdiqləsə də, istintaqın davam etdiyini bildirib.


Aynil


OXŞAR XƏBƏRLƏR