Ülviyyə ilk dəfə Muradla boşanmasından danışdı - "Barışmaq fikrim..."

Ülviyyə ilk dəfə Muradla boşanmasından danışdı - "Barışmaq fikrim..."

Aktrisa Ülviyyə Xəlilbəyova aktyor həyat yoldaşı Murad İsmayılla boşanmasından ilk dəfə danışıb.

 

Sfera.az xəbər verir ki, bu barədə aktrisa "Suallar cavablar" verilişinə müsahibəsində deyib.

 

O, Muradla rəsmən boşandığını təsdiqləyib:

 

"Şir bürcü ilə əkizlər heç vaxt tutmur. Buna qədər paylaşılan heç bir xəbər doğru olmayıb. Duyğusal biriyəm, paylaşmışam, saytlar verib. Sırf xəbər olsun deyə etməmişəm. Heç mənə sual verməyib paylaşırdılar. Özüm belə özümlə bağlı xəbərləri görməkdən bezmiş adamam. Bəli, rəsmən boşanmışam". 

 

Ülviyyə qayınanası və baldızından şikayətçi olması ilə bağlı çıxan xəbərləri təkzib edib:

 

"Mənim ümumiyyətlə baldızım yoxdur".

 

Ülviyyə hazırda Muradla olan münasibətlərinə toxunub:

 

"Muradla münasibətim var, uşaqlarımın atasıdır. Biz dostuq. Uşaqlar mənimlə qalır. Ataları ilə görüşürlər".

 

O, Muradla yenidən barışmayacağını deyib:

 

"Bu haqda düşünmürəm. Biz onsuz küsülü deyilik, dostluğumuz davam edir. Düşmən deyilik. Uşaqlarımız var. Yenidən bir araya gəlmək fikrim yoxdur". 

 

Qeyd edək ki, onların bu evlilikdən iki oğlu var.


OXŞAR XƏBƏRLƏR

Yeni Papa bu tarixdə seçiləcək

Yeni Papanın seçilməsi üzrə konklav mayın 7-də toplanacaq.   Sfera.az xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo...

İran Prezidenti Fəxri xiyabanda olub

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məz...

“Bu faciəyə baxmayaraq, Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir”

“Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox...

Sahibə Qafarova Qalibafa başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Bagirr Qalibafa başsağlığı məktubu ünvanlayıb.   ...

"Birbank" Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi

Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarm...

Ronaldonun Corcinası kişini qum üstündə "sürüdü" - VİDEO

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezin görüntüsü marağa səbəb olub.   Sfera.az xəbər verir ki, 31 yaşlı modelin meneceri ilə güləşdiyi anl...