“Seçkiyə qədər faizləri endirməyin!” - Tramp FED-i HƏDƏLƏDİ

“Seçkiyə qədər faizləri endirməyin!” - Tramp FED-i HƏDƏLƏDİ

ABŞ prezidentliyinə namizəd Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelə prezident seçkilərindən əvvəl faiz dərəcələrini azaltmamaq barədə xəbərdarlıq edib.

 

Sfera.az xəbər verir ki, Co Bayden və Donald Tramp iqtisadiyyatla bağlı düşüncələrinə görə fərqlənirlər. Co Bayden faizlərin endirilməsini, Tramp isə hələ bir müddət də faizlərin yüksək səviyyədə saxlanılmasını istəyir.

 

Donald Tramp Cerom Pauelə xəbərdarlıq edib ki, noyabrda keçiriləcək prezident seçkiləri öncəsi faiz dərəcələrini azaltmasın. O, Pauelin bu tələbə əməl edəcəyi təqdirdə onun FED sədri kimi səlahiyyət müddətini başa vurmasına icazə verəcəyini söyləyib.

 

Respublikaçı namizəd “Bloomberg News”a müsahibəsində etiraf edib ki, mərkəzi bank noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl faiz dərəcələrini azalda bilər. Onun fikrincə, FED rəhbərliyi seçkiyə qədər faizləri endirməsə, Pauelin vəzifəsində sona qədər qalmasına imkan verəcək. Əks təqdirdə isə Pauel vaxtından tez vəzifədən gedəcək Pauelin səlahiyyət müəddəti 2026-cı ildə sona çatacaq.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR