"Mən Trampı tam dəstəkləyirəm və..." - İlon Mask tərəfini seçdi

"Mən Trampı tam dəstəkləyirəm və..." - İlon Mask tərəfini seçdi

Dünyanın ən varlı adamlarından biri olan İlon Maskın respublikaçıların namizədi Donald Trampı dəstəkləyəcəyi haqqında iddialar yayılıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Wall Street Journal” adını açıqlamadığı mənbəyə istinadən yayıb.

 

Nəşr iddia edir ki, Mask Trampın seçki kampaniyasına hər ay təxminən 45 milyon dollar bağışlayaq. Yardım Trampı dəstəkləyən siyasi fəaliyyət komitələrindən biri olan “America PAC”a ödəniləcək. “America PAC” topladıqları ianələrlə bağlı iyulun 15-də məlumat açıqlayıb. Həmin məlumata əsasən, 8 milyon dollar ianə toplanıb və ianə verənlər arasında Maskın adı yoxdur.

 

Qeyd edək ki, ABŞ-də seçki kampaniyasının uğurlu alınması üçün böyük vəsaitə ehtiyac var, dövlət isə kifayət qədər vəsait ayırmır. Reklam xərcləri çox bahadır və kampaniya dövründə namizədlər reklama milyonlarla dollar xərcləməli olurlar. Bundan başqa, nəqliyyat və sosial mediadan səmərəli istifadə etmək, seçki büroları və təşviqat qrupları yaratmaq da milyonlarla dollar vəsaitin ayrılmasını tələb edib. Təcrübə göstərir ki, ABŞ-də seçki kampaniyası daha yaxşı maliyyələşən namizəd özünü daha çox reklam edə bilir və bunun nəticəsində daha çox səs qazanmaq imkanı yaranır.

 

Qeyd edək ki, iş adamı İlon Mask iyulun 14-də “X”  hesabında etdiyi paylaşımda sui-qəsd cəhdinə məruz qalan keçmiş prezidenti ilk dəfə açıq şəkildə dəstəkləyib. “Mən Trampı tam dəstəkləyirəm və tezliklə sağalacağına ümid edirəm”, - iş adamı bildirib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR