Bakı Dəniz Limanında FACİƏ - Ölən var

Hadisə
11:10 / 17.07.2024
11367
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bədbəxt hadisə baş verib.
Sfera.az Report-a istinadən xəbər verir ki, limanda fəaliyyət göstərən şirkətlərin birinin anbarında çalışan Məmmədağa Məstanov iş zamanı yıxılaraq dəmir qapının arasında qalıb.
M.Məstanov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.