Leonardo Di Kaprio italyan supermodellə sevgilidir - FOTOLAR


Leonardo Di Kaprio italyan supermodellə sevgilidir - FOTOLAR

49 yaşlı amerikalı aktyor Leonardo Di Kaprio yenidən sevgilisi 25 yaşlı Vittoria Ceretti ilə birlikdə görüntülənib.
 

Sfera.az bildirir ki, Leo və Vittoria 2023-cü ilin yayından görüşür. Onlar şəxsi həyatları ilə bağlı rəsmi açıqlama vermirlər.

İtalyan model Teo Ceymslə “Dolce & Gabbana” reklamının çəkilişində göründükdən sonra cütlük arasında sevgi münasibəti başlayıb. Bu dəfə Leonardo və Vittoria Los-Ancelesdə nahar edərkən görülüb.


Di Kaprio maskada, imzalı beysbol papağı, boz sviter, şalvar və ağ idman ayaqqabısı geyinib.
 

Ceretti isə qəhvəyi rəngli svitşörtə üstünlük verib və görünüşünü hörgülü ətəklə tamamlayıb.


Qeyd edək ki, Kaprio keçən həftə Teo Ceyms ilə açıq-aşkar reklam kampaniyası üzərində birlikdə işləyib. O vaxtdan bəri Leo ilk dəfə sevgilisi ilə ictimaiyyət arasında görünüb.


Teo Ceyms 2018-ci ildən Ruth Kearney ilə evlidir, onların iki övladı var. Ceretti təxminən bir ildir ki, Di Kaprio ilə görüşür. Model daha əvvəl 2020-ci ildən bəri evli olduğu DJ Matteo Milleri ilə boşanıb.
 

Bu arada Di Kaprio uzun müddət Camila Morrone ilə görüşüb. Cütlük 2022-ci ildə ayrılıb. Bundan sonra aktyorun supermodel Gigi Hadid ilə münasibəti başlayıb.


Aynil


OXŞAR XƏBƏRLƏR