Bakıda apteklər şəbəkəsinin müdiri döyüldü -ŞOK TƏFƏRRÜAT

Bakıda apteklər şəbəkəsinin müdiri döyüldü -ŞOK TƏFƏRRÜAT

Bakıda Aysel Kərimova adlı xanım işçinin aptekdə vəhşicəsinə döyülməsi barədə xəbər vermişdik. Onu döyən şəxs aptekin müdiri Elnur Cabbarov idi.
 

E. Cabbarov Bakıda fəaliyyət göstərən "Depo Apteklər" şəbəkəsinin müdiridir.

 

Sfera.az xəbər verir ki, müdirin işçisini döyməsinin səbəbi pişik bənzətməsi olmuşdu.

 

Belə ki, Aysel adlı xanım aptekin başqa bir işçisi ilə yazışarkən ona pişiklə olan şəklini göstərib. Söhbət zamanı Aysel adlı xanım Elnuru pişiyə bənzədib. Bu yazışmadan Elnur xəbər tutub və Ayseldən üzr videosu çəkməsini istəyib. Aysel bununla razılaşmadığı üçün aptekdə onu döyüb. Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirə mövzusu olmuşdu.


Həmin görüntüləri isə Ayselə aptekdə çalışan xanım iş yoldaşı göndəribmiş. Elnur Cabbarov bundan sonra həmin videonu göndərən xanım işçi ilə mübahisə etməyə başlayıb. Bu məsələyə həmin xanımın həyat yoldaşı qoşulub.
 

Həmin xanımın həyat yoldaşı Zamin K. aptekin sahibi Elnur Cabbarovla görüşüb və məsələyə aydınlıq gətirmək istəyib. Onlar buna görə bir neçə dəfə görüşüblər. Sonuncu dəfə Elnur Zaminin xanımının şəxsi həyatı ilə bağlı bəzi məsələlərə toxunub və buna görə mübahisə böyüyüb. Zamin maşında Elnuru döyərək ona xəsarətlər yetirib.

 

Zaminə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və xuliqanlıq madələri ilə ittiham irəli sürülüb.
 

Məhkəmə istintaqı zamanı Zaminin xuliqanlıqda təqsirli bilinməsi sübuta yetirilməyib. Zamin qəsdən sağlamlığa az ağır zərər vurmaqda ittiham olunaraq cəzalandırılıb.


Onun barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İstintaq dövründə ev dustaqlığında olması nəzərə alınaraq üzərində qəti olaraq 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Zamin bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq. (Musavat.com)
 


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...