Böhranın Şamaxının başçısına dəxli yoxmuş

Böhranın Şamaxının başçısına dəxli yoxmuş

Böhran və manatın ucuzlaşması əhalini getdikcə yoxsullaşdırır. Şamaxının icra başçısı Asif Ağayevin isə belə vaxtda rayonun Nağaraxana kəndindəki pay torpağında özünə tikdirdiyi imarətin inşası başa çatıb. 

Sfera.az xəbər verir ki, bu barədə Politika.Az-a Şamaxıdan məlumat verilib. Artıq tikinti işləri yekunlaşıb və başçı yeni villasına köçməkdədir. 

A.Ağayevin tikilmək növbəsini gözləyən villalarından biri isə rayonun Avaxil deyilən ərazisində yerləşəcək. İcra başçısı 1 hektar torpaq sahəsi alıb ki, özünə yeni malikanə inşa etdirsin. Bundan əlavə, Şamaxının torpaqlarını bir-bir zəbt edən rayon rəhbərinin Qızmeydan kəndi ərazisində də 2 hektar torpağı var. 

Bu ərazidə də icra başçısının dəbdəbəli sarayı olacağı istisna olunmur. Prezident İlham Əliyevin məmurlara yönəlik xəbərdarlığı, onlara sadə həyat tərzi yaşamağa etdiyi çağırış, ayrı-ayrı oliqarxlaşmış icra hakimlərinə verdiyi mesajlar görünür, A.Ağayev üçün keçərli olmayıb.

Şamaxının icra başçısı Asif Ağayev və müavini Qasım Qasımov Pirqulu dağının ətrafında yeni istirahət obyektləri tikdiriblər. İcra başçısı Pirqulu dağının ətrafındakı torpaqları Bakıdan və rayonlardan olan məmurlara satıb. 

İmişli rayonunda başçının müavini vəzifəsində çalışan Qasım Qasımovu özünə müavin təyin etdirməyə nail olan Asif Ağayev bütün qara işlərini, həmçinin «yığım və alış-veriş» işlərini ona həvalə edib. 

Şamaxı rayonunda icra hakimiyyəti tərəfindən görülən tikinti, təmir, abadlıq yaşıllaşdırma işlərinə də başçının dost müavini Qasım Qasımov nəzarət edir. 

Məlumatda o da qeyd olunur ki, icra başçısı Asif Ağayev müavinin əli ilə həm təmir-tikinti, abadlıq işlərində iştirak edən şirkətlərdən "öz faizini” artıqlaması ilə alır. 

Özünü Milli Qəhrəman Tofiq İsmayılovun oğlu və vəkil kimi təqdim edən, Bakının Nəsimi, Şamaxı və Qobustan rayonlarında bir neçə şəxsin etibarından sui-istifadə edən, rayonda sabitliyi pozmağa çalışan Elşən Tofiq oğlu İsmayılov da Şamaxı rəhbərliyi ilə əlbir imiş. 

E.İsmayılov Şamaxı rayon icra hakimiyyəti başçısının 1-ci müavini Qasım Qasımovun göstərişi əsasında, rayonda vəzifəli şəxslərdən müəyyən instansiyalara əsassız, qərəzli ərizələr və şikayətlər yazaraq, həmin şəxsləri nüfuzdan salmağa çalışırmış. 

Beləliklə Qasım Qasımovun "dirijor” çubuğu olan Elşən İsmayılov son anında Qasım Qasımovdan kömək istəsə də, "Qanun qarşısında hamı bərabərdir” devizi altında Şamaxı rayon hakimi özünü qorumaq naminə ondan imtina edib.



OXŞAR XƏBƏRLƏR

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...