"Bu gecə 23:55-dən etibarən..." - “Azəriqaz”dan vətəndaşlara XƏBƏRDARLIQ!

"Bu gecə 23:55-dən etibarən..." - “Azəriqaz”dan vətəndaşlara XƏBƏRDARLIQ!

Bu gecə Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, Nəsimi rayonu,Cəlil Məmmədquluzadə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə iyulun 16-da saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaqdır.

 

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, Akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


OXŞAR XƏBƏRLƏR