Avropa Komissiyası üzvü olan bu ölkəni BOYKOT EDİB - SƏBƏB

Avropa Komissiyası üzvü olan bu ölkəni BOYKOT EDİB - SƏBƏB

Avropa Komissiyası tarixində ilk dəfə olaraq bir üzv ölkəni boykot etmək qərarına gəlib. 

 

Sfera.az bildirir ki, bu vəziyyətə Macarıstanın Baş naziri Orbanın son həftələrdə atdığı addımlar səbəb olub. Belə ki, AB Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-dən birliyə sədrlik edən Macarıstanda komissiya üzvlərinin bundan sonra iclaslara qatılmayacağını açıqlayıb. Brüsseldəki mənbələrin bildirdiyinə görə, bu qərar Macarıstanın Baş naziri Viktor Orbanın Aİ-yə sədrliyi dövründə Moskva və Pekinə səfərlərindən sonra qəbul edilib.

 

Beləliklə, Baş nazir Viktor Orbanın Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü mübahisəli səfərlərdən sonra alınan qərarlar çərçivəsində Komissiya heyətinin Macarıstana və sədr ölkələrə səfəri həyata keçirilməyəcək.

 

Aİ Komissiyasının baş sözçüsü Erik Mamer sosial media hesabından verdiyi açıqlamada AB Komissiyasının sədri Ursula von der Lyayenin Macarıstanın sədrliyi ilə keçiriləcək bütün qeyri-rəsmi toplantılarda Komissiya üzvləri deyil, yüksək səviyyəli dövlət məmurları tərəfindən təmsil olunmağa qərar verdiyini bildirib. 

 

Qeyd edək ki, Komissiyanın Budapeştə səfəri sentyabra planlaşdırılırdı.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR