Tramp prezident seçilərsə, dünya və ölkəmiz üçün nə dəyişə bilər? - AÇIQLAMA

Tramp prezident seçilərsə, dünya və ölkəmiz üçün nə dəyişə bilər? - AÇIQLAMA

“Donald Trampa qarşı sui-qəsd cəhdi onun populyarlığını və prezident seçilmək şansını artırıb”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

 

O bildirib ki, Donald Trampın prezident seçilməsi beynəlxalq aləmdəki qüvvələr arasında balansa təsir etmək gücündədir:

 

“Misal üçün, Tramp Ukraynaya hərbi və maliyyə yardımının dayandırılmasının tərəfdarıdır. O, Ukrayna Prezidenti Volodimir Zelenskini az qala “dilənçi” adlandırıb. Ukraynaya yardımın dayandırılması müharibənin Rusiyanın xeyrinə dəyişməsi demək olacaq. Əlbəttə, Pentaqon və Dövlət Departamenti Trampa Ukraynaya dəstəyi dayandırmamağı məsləhət görəcək, ancaq keçmiş Ağ Ev sahibi bir sıra hallarda ətrafı ilə hesablaşmır. Trampın Yaxın Şərq siyasəti də fərqli olacaq. ABŞ-nin hazırki Prezidenti Cozef Bayden İsrailə təsir etmək istəyir ki, Qəzza bölgəsinə hücum dayandırılsın, Fələstin amili nəzərə alınsın. Trampın belə bir dərdi yoxdur. O birmənalı şəkildə İsrailə dəstəyin tərəfdarıdır. Məhz Tramp prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq səfirliyin Tel-Əvivdən köçürülməsinə qərar verdi. Bu qərar Yaxın Şərq və Avropa ölkələrində narazılıq doğrusa da, Tramp öz bildiyini etdi”. 

 

Siyasi şərhçi sonda vurğulayıb ki, Donald Trampın həm keçmişdə, həm də indi Amerikadakı erməni lobbisi ilə bağlılığının olmaması Azərbaycanın xeyrinədir:

 

“Tramp ölkəsinin milli və təhlükəsizlik maraqlarına əhəmiyyət verir. ABŞ-nin milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti Azərbaycanla əməkdaşlığı diktə edir. Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi birbaşa Amerikanın maraqlarına xidmət edir. Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də Amerika üçün əhəmiyyətlidir. Tramp prezidentliyi dövründə bu amilləri nəzərə alacaq”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərdi

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.   Sfera....