Mayorkasdan Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı AÇIQLAMA: "Uğursuzluqdur"

Mayorkasdan Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı AÇIQLAMA: "Uğursuzluqdur"

ABŞ Konqresinin daxili təhlükəsizlik naziri Alexandro Mayorkas Donald Trampa qarşı sui-qəsdin qarşısının alınmamasını uğursuzluq kimi qiymətləndirib.

 

Sfera.az bildirir ki, o, bu barədə “CNN”ə açıqlama verib.

 

“Belə bir hadisə ola bilməz. Burada uğursuzluqdan danışırıq”, - nazir qeyd edib.

 

Mayorkas kimin və ya kimlərin uğursuz olduğu ilə bağlı təfərrüatları açıqlamayıb. O, fikirlərini bu cür davam etdirib: "Biz bunun necə, niyə baş verdiyini müstəqil araşdırma vasitəsilə təhlil edəcəyik. Belə bir hadisənin bir daha təkrarlanmaması üçün tövsiyələr və nəticələr ortaya qoyacağıq”.

 

Mayorkas həmçinin Ağ Evdə keçirilən gündəlik mətbuat konfransında da çıxış edib. Jurnalistlərin suallarını cavablandıran qurum rəsmisi qeyd edib ki, hadisə hələ yenidir və müstəqil araşdırma, şübhəlinin bu hərəkətə motivasiyasının öyrənilməsi vaxt ala bilər.

 

Günay  


OXŞAR XƏBƏRLƏR