Lavrov BMT Təhlükəsizlik Şurasının iclaslarını keçirəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şuranın sədri kimi BMT Təhlükəsizlik Şurasının bir sıra iclaslarını keçirəcək.
Sfera.az bu barədə rus mediasına istinadən xəbər verir.
Rusiyanın Təhlükəsizlik Şurasına sədrliyi iyulun 1-dən başlayıb. Lavrov “Daha ədalətli, demokratik və davamlı dünya nizamının bərqərar olması naminə çoxtərəfli əməkdaşlıq” mövzusunda nazirlər səviyyəsində debat keçirəcək. İyulun 17-də Yaxın Şərqdəki vəziyyətə dair nazirlərin görüşü keçiriləcək və orada Fələstin məsələsinin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Lavrov bundan əvvəl müsahibəsində çoxtərəfli əməkdaşlıq, bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsi məsələlərini nəzərdən keçirəcəyini bildirib.
Həmçinin Yaxın Şərq və Qəzza zolağı, Ukrayna böhranı və BMT Nizamnaməsinin müdafiəsi üzrə səylər daxil olmaqla, beynəlxalq və regional gündəliyin aktual məsələlərinin müzakirəsinə həsr olunmuş bir sıra ikitərəfli görüşlər də nəzərdə tutulub.
Firuzə Əliyeva