İsrail Qəzzadakı məktəbi vurdu: 20 nəfər öldü

İsrail Qəzzadakı məktəbi vurdu: 20 nəfər öldü

İsrail ordusunun Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsindəki məktəb binasına hücumu nəticəsində azı 20 fələstinli həlak olub.

 

Sfera.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

 

Məlumata görə, əksəriyyəti qadın və yeniyetmələrdən ibarət onlarla insan yaralanıb:

 

"Binası İsrail ordusu tərəfindən vurulan məktəbə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi nəzarət edir. Onun ərazisində Qəzzanın digər bölgələrindən didərgin düşmüş yüzlərlə fələstinli var idi".


OXŞAR XƏBƏRLƏR