Cəlilabadda minik avtomobili aşdı - Xəsarət alan var

Hadisə
18:28 / 14.07.2024
4868
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, hadisə Cəlilabad-Cəngan avtomobil yolunda qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Ramin Məmmədovun idarəetməni itirərək “VAZ 2106” markalı minik avtomobilini aşırıb.
Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır