Nərimanovda iki manata görə satıcını öldürdü - Təfərrüat - FOTO

Nərimanovda iki manata görə satıcını öldürdü - Təfərrüat - FOTO

Nərimanov rayonu ərazisində avtoyuma məntəqəsinin işçisi marketdə satıcı işləyən şəxsi 2 manata görə qətlə yetirib.

 

Sfera az oxu.az-a istinadən xəbər verir ki, hadisə Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketin qarşısında baş verib.

 

Belə ki, 2023-cü il avqustun 22-də Nərimanov Rayon Prokurorluğuna Samir Məhərrəmovun qətlə yetirilməsi barədə məlumat daxil olub.

 

İstintaqla müəyyən edilib ki, Fariz Şahniyarov Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketdən aldığı spirtli içkiləri elə mağazanın qarşısında içib. Satıcı Samir Məhərrəmov borclu qaldığı 2 manatı nə vaxt verəcəyini soruşanda ona pulu günorta çatdıracağını deyib və işlədiyi avtoyuma məntəqəsinə gedib.

Üzərində olan mobil telefonu itirdiyini düşünən Fariz Şahniyarov bir neçə dəqiqədən sonra yenidən marketə qayıdıb. Telefonunu görüb-görmədiyini soruşduqda satıcı ona borcunu ödədikdən sonra telefonu verəcəyini bildirib.

 

Bu sözündən əsəbiləşən Fariz Şahniyarov cibindən bıçağı çıxarıb və onunla üzbəüz dayanan satıcı Samir Məhərrəmova zərbə endirib. Sonra oradan uzaqlaşaraq məhləyə gedib və paltarlarını götürüb. Bıçağı birmərtəbəli obyektin damına atıb. Avtobusla avtovağzala, oradan isə Ağstafa rayonuna yollanıb.

 

Rayona çatdıqdan bir neçə saat sonra evdə polis əməkdaşları tərəfindən saxlanılıb və şöbədə Bakıda adam bıçaqladığını etiraf edib.

 

Hadisə şahidi Ülfət Məmmədov bildirib ki, rayondan Bakıya gedərək dostu ilə taksi fəaliyyəti ilə məşğul olub. Kirayə ev axtarsalar da, tapa bilməyiblər. Avqustun 22-də metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən marketin qarşısında maşını saxlayaraq yatıblar. Saat 06:00 radələrində mağazanın satıcısı Samir Məhərrəmov avtomobilin şüşəsini döyərək bıçaqlandığını və onu xəstəxanaya aparmasını xahiş edib.

 

Samir maşına oturan kimi qısa müddət ərzində salon qanla dolub. Yaralanan şəxsi bir neçə özəl klinikaya aparsa da, onu qəbul etməyiblər. 5 saylı xəstəxanaya çatanda həkimlər Samirin öldüyünü bildiriblər.

 

Məhkəmə hesab edib ki, Fariz Şahniyarovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Fariz Şahniyarov 17 il müddətinə azadlıqdan məhrum olunub.

 

Məqaləyə dair fotomateriallar:

  •  

OXŞAR XƏBƏRLƏR

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...

Prezidentin ötən gün açılışında iştirak etdiyi məktəbdən görüntülər - VİDEO

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...