Bakıda restoranda yanğın oldu

Hadisə
09:36 / 14.07.2024
8978
Bakıda restoranda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 400 m² olan restoranın havalandırma sistemində yağ qalıqları, mühərrik hissəsi, üzərindən keçən kabel 5 p.m və yaxınlıqda olan ərzaq malları yanıb.
Restoran yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.