Azərbaycanda mağazada MEYİT TAPILDI - FOTOLAR

Cəmiyyət
14:48 / 13.07.2024
9882
Lənkəranda mağazada kişi meyiti tapılıb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, meyit şəhərin 2-ci mikrorayon ərazisində yerləşən meyvə satılan mağazada aşkar edilib.
Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.