Bakıda TİKİNTİDƏ FACİƏ: fəhlənin ayağını kəsdilər

Hadisə
23:30 / 12.07.2024
7084
Bakıda bədbəxt hadisə baş verib.
Sfera.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi qəsəbəsi ərazisində sosial evlər inşa edilən ərazidə qeydə alınıb.
Orada fəhlə işləyən Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Sənan Dilqəm oğlu Hacıyevin ayağına daş düşüb.
Xəstəxanaya yerləşdirilən S.Hacıyevin sağ ayağı amputasiya olunub./Lent.az