Babasıgilə qonaq gedən azyaşlı kanala düşüb öldü

Hadisə
22:45 / 12.07.2024
7998
Mingəçevirdən Oğuza qonaq gedən iki yaşlı uşaq kanala düşərək ölüb.
Sfera.az-ın məlumatına görə, hadisə Oğuz rayonunun Qumlaq kəndində baş verib.
Belə ki, Mingəçevir şəhərindən babasıgilə qonaq gedən 2022-ci il təvəllüdlü A.Ə həyətyanı sahədən keçən kanala düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)