"Azərbaycan Pakistan və Çin istehsalı olan yeni nəsil qırıcılar ala bilər" - Politoloq

"Azərbaycan Pakistan və Çin istehsalı olan yeni nəsil qırıcılar ala bilər" - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri bu gün başa çatıb. Ölkə başçısını Pakistanın daxili işlər naziri Syed Mohsin Raza Naqvi və digər rəsmi şəxslər yola salıb.

 

Maraqlıdır, sözügedən səfərin nəticəsi necə olacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki,  Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri iki ölkə arasında siyasi, müdafiə, təhlükəsizlik və hərbi-texniki əməkdaşlığın inkişafına mühüm töhfə verəcək:

 

“İki ölkə arasında münasibətlərin yeni siyasi nizama uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulub. Azərbaycan Pakistanla hərbi-texniki əməkdaşlıq müstəvisində əməkdaşlıqda maraqlıdır. Xüsusilə Pakistan aviasiya və artilleriya sahəsində inkişaf etmiş hərbi sənayeyə malikdir. Pakistanın hərbi aviasiyasına daxil olan yeni nəsil qırıcılar Çinlə birgə istehsal edilir. Bu qırıcı təyyarələr öz döyüş funksiyası və manevr imkanlarına görə Azərbaycan üçün əlverişlidir”.

 

Ekspert xatırladıb ki, Azərbaycanın aviasiya parkında olan qırıcılar əsasən Rusiya istehsalıdır:

 

“Hazırda Azərbaycan Pakistandan yeni qırıcılar almağı planlaşdırır. Bu xüsusda ikitərəfli müqavilələrin imzalanması mümkündür. Azərbaycanın hərbi sənaye parkında bir müddətdən sonra Pakistan və Çin istehsalı olan yeni nəsil qırıcı təyyarələri görə bilərik. Pakistanla qırıcı təyyarələrin, artilleriya və raket silahlarının alınması istiqamətində razılaşmalar əldə edilib.  Azərbaycanın Pakistanla hərbi sahədə əməkdaşlığını, Hindistan-Ermənistan arasında hərbi əməkdaşlığa cavab kimi qiymətləndirmək olar”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək...

"Mehdi Sobhaninin iddialarını qətiyyətlə rədd edirik" -Ayxan Hacızadə

Azərbaycan İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edir.   Sfera.az-ın məlumatına...

Rusiyada öldürülən azərbaycanlıların qardaşı danışdı: "Onlar bəhanə edir..."

Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı yaxın qohumları öldürülən “...

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edildi

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Andranik Simonyan təyin edilib.   Bu barədə Sfera.az erməni KİV-lərinə istinadən xəb...

Sabahın HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a ve...

20 milyonluq toydan FOTOLAR

Ötən gün amerikalı milyarder Ceff Bezos və sevgilisi Lauren Sançezin toyu olub.   Sfera.az xəbər verir ki, L.Sançes sosial şəbəkə hesabında Venesiyad...