Bakıdabank kartlarından külli miqdarda OĞURLUQ

Bakıdabank kartlarından külli miqdarda OĞURLUQ

Bakıda bank kartlarından oğurluq edilib.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan 4 nəfərin bank kartlarından müxtəlif vaxtlarda 500, 714, 4590 və 2000 manat olmaqla ümumilikdə 7804 manat vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Q.Əmirxanov, T.İsmayılov, G.Rəhimova və Ş.Babayeva müəyyən olunaraq saxlanılıb.

 

Faktlarla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR