Azərbaycanda bu xanımlara yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycanda bu xanımlara yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

 

Bu barədə Sfera.az –a qurumdan məlumat verilib. Bildirilib ki, müvafiq əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokurorunun müavini Günay Məmmədli Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Günay Məmmədli 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Füzuli və Nizami rayon prokurorunun köməkçisi, Bakı şəhər prokurorluğunda idarə prokuroru, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru vəzifələrində işləyib.

 

Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Gülüstan Abdullayeva Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin olunub. 2002-ci ildə prokurorluq orqanlarında müsabiqə yolu ilə qulluğa qəbul olunan Gülüstan Abdullayeva əvvəllər Sumqayıt şəhər və Yasamal rayon prokurorluqlarında müstəntiq və prokuror köməkçisi, Bakı şəhər prokurorluğunda idarə və şöbə prokuroru, Baş Prokurorluqda idarə prokuroru vəzifələrində işləyib.

 

Bununla da, prokurorluq orqanlarında rəhbər vəzifədə çalışan qadın əməkdaşların sayı 11-ə çatıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək...

"Mehdi Sobhaninin iddialarını qətiyyətlə rədd edirik" -Ayxan Hacızadə

Azərbaycan İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edir.   Sfera.az-ın məlumatına...

Rusiyada öldürülən azərbaycanlıların qardaşı danışdı: "Onlar bəhanə edir..."

Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı yaxın qohumları öldürülən “...

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edildi

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Andranik Simonyan təyin edilib.   Bu barədə Sfera.az erməni KİV-lərinə istinadən xəb...

Sabahın HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a ve...

20 milyonluq toydan FOTOLAR

Ötən gün amerikalı milyarder Ceff Bezos və sevgilisi Lauren Sançezin toyu olub.   Sfera.az xəbər verir ki, L.Sançes sosial şəbəkə hesabında Venesiyad...