Rusiyadan NATO sammitində Ukrayna ilə bağlı verilən qərarlara SƏRT REAKSİYA

Rusiyadan NATO sammitində Ukrayna ilə bağlı verilən qərarlara SƏRT REAKSİYA

Rusiya ABŞ-də keçirilən NATO liderlərinin sammitinə reaksiya verib.

 

Sfera.az bildirir ki, toplantıda Ukraynaya 43 milyard dollarlıq yeni hərbi yardım, Kiyev səmasında daha möhkəm raket sipərinin qurulması, F-16 döyüş təyyarələrinin daşınmasına başlanması, yeni uzunmənzilli raketlərin verilməsi ilə bağlı qərarlar Moskvanı qəzəbləndirib.

 

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, NATO sammiti Avropa və ABŞ-dəki həmsöhbətlərin Ukraynada sülh istəmədiyini göstərir: “Şimali Atlantika Alyansı təhlükəsizlik deyil, münaqişə vasitəsidir. Bu tədbir Rusiyanın düşmən elan edildiyini bir daha sübut etdi. Xüsusilə yekun bəyannamədə Ukraynanın nə vaxtsa alyansa üzv olacağının yazılması bizim üçün qəbuledilməzdir”.

 

Peskov vurğulayıb ki, Rusiya NATO-nun qarşısını almaq üçün əks tədbirlər görməlidir. 

 

Moskva həmçinin NATO sammitində “Avropa təhlükəsizlik arxitekturasının alt-üst edildiyini” iddia edib. Belə ki, sammitdə ABŞ-nin Avropaya, xüsusilə Almaniyaya yeni taktiki raketlər yerləşdirməyə qərar verdiyini xatırladan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Rusiya belə bir qərarın veriləcəyini əvvəlcədən bilirdi. Bizim üçün sürpriz olmadı. Biz atacağımız əks addımları artıq hazırlamışıq” deyib.

 

Digər tərəfdən, NATO sammitinin birgə bəyannaməsində Ukrayna müharibəsində Çinin Rusiyaya dəstək verməsi və “sanksiya hədəsi” ilə bağlı açıq ittihamlar Pekini də qəzəbləndirib. Çin xarici işlər nazirliyinin sözçüsü Lin Jian Alyansı “Asiyada xaos yaratmağa çalışırlar”, fikri ilə ittiham edib. “NATO-nun Ukrayna məsələsində Çinin məsuliyyətini şişirtməsi ağlabatan deyil”, - o deyib. Jian iddia edib ki, Pekin hökuməti Ukrayna məsələsində ədalətli və obyektiv mövqe tutur. 

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Rusiya iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfəyə yaxın artıb

Bu ilin l rübündə Azərbaycan Rusiya iqtisadiyyatına 18,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.   Sfera.az Azərbaycan Mərkəzi B...

Azərbaycanda daha 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək...

"Mehdi Sobhaninin iddialarını qətiyyətlə rədd edirik" -Ayxan Hacızadə

Azərbaycan İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edir.   Sfera.az-ın məlumatına...

Rusiyada öldürülən azərbaycanlıların qardaşı danışdı: "Onlar bəhanə edir..."

Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı yaxın qohumları öldürülən “...

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edildi

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Andranik Simonyan təyin edilib.   Bu barədə Sfera.az erməni KİV-lərinə istinadən xəb...

Sabahın HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a ve...