Qəbələ sakinini cərəyan vurub öldürdü

Hadisə
15:59 / 11.07.2024
4368
Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
Sfera.az xəbər verir ki, hadisə Qəbələ rayonunun Zarağan kəndində qeydə alınıb.
Kənd sakini Abdullayev Xalid Seyidməmməd oğlu evində santexnik işləri görən zaman onu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.