Bakıda altı ay ərzində 900-ə yaxın qəza olub

Bakıda altı ay ərzində 900-ə yaxın qəza olub

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 6 ay ərzində 885 yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Sfera.az-a qurumdan məlumat verilib. Bildirilib ki, 933 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması müşahidə edilib:

 

“Müvafiq tədbirlər görülməsi üçün NİİM-in əməkdaşları tərəfindən aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib. Qeydə alınan qəzaların təhlili göstərir ki, sürət həddinə, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Bakının müxtəlif küçə və prospektlərində baş verən bu hadisələr və yolda qalan texniki nasaz avtomobillər sıxlığın yaranmasına, digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub”.

 

Məlumata görə, eyni zamanda sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə Mərkəzin əməkdaşları tərəfindən 55 küçə və prospekt üzrə 39 mindən çox “yaşıl dalğa” əmri tətbiq edilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR