Bürcləri nə gözləyir? - Bu günün ULDUZ FALI
Astroloji proqnoza uyğun günlərini planlayanlar kifayət qədərdir.
Sfera.az belə şəxsləri nəzərə alaraq 11 iyulun ulduz falını təqdim edir:
Qoç bürcü - Qazanclı işləri yaxşı izləyirsiniz və emosiyalarınızı işinizə qarışdırmırsınız. Lakin bu gün yeni işgüzar əlaqələr üçün münasib gün deyil. Hadisələri diqqətlə araşdırmalısınız, ancaq dərhal qərar verməməlisiniz. Siz gözləməyi öyrənməlisiniz.
Buğa bürcü - Sevdiyiniz insanla fərqli yerlərə gedə bilərsiniz. Yalnız ikiniz olanda hər şey yaxşıdır. Lakin dostlarınızla qrup söhbətlərinə başladığınız zaman, sanki tilsim pozulur, aranızda soyuq küləklər əsir. Ona görə də bu gün diqqətli olmalısınız.
Əkizlər bürcü - İş qrafikinizə görə yaxınlarınızla aranızda məsafə yaranıb. Bunu dərhal düzəltmək lazımdır. Daim hərəkətdə olmaq sizi xoşbəxt edir. Hakim planetiniz Merkuri birgə münasibətlərdə sizi dəstəkləməyə davam edir.
Xərçəng bürcü - Həmişə üstünlük verilən insan olmaq istəyirsiniz. Bu sahədə edə bilməyəcəyiniz heç nə yoxdur. İtirdiyiniz vaxtı geri qaytarmaq sizin əlinizdədir. Köhnə səhvlərinizi təkrarlamamalısınız.
Şir bürcü – Bu gün işdə müzakirə edəcəyiniz mövzu sizə iqtisadi üstünlüklər verə bilər. Təvazökar olmağa çalışın, o zaman çox şey qazanacaqsınız.
Qız bürcü - Eşqdə çətin, lakin maraqlı günlər yaşayırsınız. Yaxın keçmişinizdə baş verən hadisələr istəməsəniz belə sevginiz üçün problemlər yaradır. Səbirli olmalısınız.
Tərəzi bürcü - Gördüyünüz işləri şişirtməyin. Bu günün digər günlərdən heç bir fərqi yoxdur. Yorğunluğunuzla bağlı məzəmmət göstərməyin. Belə olan halda yaxınlarınız belə sizdən uzaqlaşır.
Əqrəb bürcü - Doğru bildiyinizdən kənara çıxmamağınız ətrafınızdakıları çox qəzəbləndirir. Sizin inadkar təbiətiniz var. Bu gün hadisələr qarşısında soyuqqanlılığınızı itirməməli və daha mülayim olmalısınız. Sizə sakitlik lazımdır.
Oxatan bürcü - Bu gün sizi fərqləndirəcək davranışlarla məşğul olacaqsınız. Bu isə sevdiyiniz insanı çox əsəbiləşdirəcək. Bu baxımdan bir az həssas olmaq lazımdır. Son vaxtlar həyatınızdakı insana çox laqeyd yanaşırsınız.
Oğlaq bürcü - Birlikdə olduğu insandan ayrılmaq üzrə olanlar sahib olduqları əmlakla bağlı məsələyə anlayışla yanaşmalıdırlar. Sərt rəftarlarla heç bir yerə çata bilməyəcəksiniz.
Dolça bürcü - Məsuliyyətdən qaçmaq olmaz. Özünüzü ruhdan salanda ətrafınızdakılara küsürsünüz. Uşaq kimisiniz. Lakin bu, sizin günahınızdır. Arzularınızın bir anda baş tutmasını istəyirsiniz.
Balıqlar bürcü - Ətrafınızdakı hər kəs sizin çalışqanlığınızı sevir. Bu aralar işləriniz də çoxdur. Buna görə də sevdiklərinizə az zaman ayırırsınız. Bu gün onlarla vaxt keçirməyə çalışın. Əks halda incikliklər olacaq.
Türkan