"Ya Ukrayna yox olmalıdır, ya da NATO..." - Medvedevdən SƏRT BƏYANAT

Siyasət
13:49 / 11.07.2024
3056
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyevin NATO-ya üzvlük məsələsinə reaksiya verib.
Sfera.az bildirir ki, o, bu barədə “Telegram” kanalında fikirlərini bölüşüb. Medvedev qeyd edib ki, Moskva prosesə mane olmaq üçün hər şeyi etməlidir.
“Nəticə göz qabağındadır. Ukraynanın NATO-ya gedən “dönməz yolu” ya Ukraynanın yox olması, ya da NATO-nun yox olması ilə başa çatmalıdır. Yaxud ən yaxşısı, hər iki seçimdir. Bunun üçün hər şeyi etməliyik”, - Rusiya rəsmisi bildirib.
Günay