Banklar dollar alışını iki dəfədən çox AZALDIB

İqtisadiyyat
13:04 / 11.07.2024
3048
Bankların dollara tələbi iki dəfə azalıb.
Sfera.az xəbər verir ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda banklar cəmi 30,6 milyon dollar alıblar.
Bu məbləğ iki gün əvvəl keçirilən hərracda formalaşan tələbdən (75,3 milyon dollar) 2,46 dəfə azdır.
Qeyd edək ki, 2024-cü ilin əvvəlində Azərbaycanda dollara tələb güclənmişdi. Son aylarda isə tələbdə zəifləmə var.
Vasif