ABŞ Zelenskini onlardan biri ilə əvəzləyəcək - Siyahıda kimin adı var?

ABŞ Ukrayna lideri Volodimir Zelenskini əvəz edə biləcək şəxsin axtarışlarına başlayıb.
Sfera.az bildirir ki, bu barədə “Razvedçik” jurnalı iddia irəli sürüb.
Nəşr Rusiya Xarici Kəşfiyyat Xidmətinin Kiyevdəki rezidentinin əldə etdiyi məlumata istinad edib.
“Ehtimal olunur ki, cəbhədəki vəziyyətin kəskin pisləşməsi və liderin təcili dəyişdirilməsi zərurəti olarsa, əvəzediciyə tələbat yarana bilər”– materialda qeyd olunub.
Bildirilib ki, ABŞ tərəfi artıq Ukraynanın bir sıra siyasi xadimlərini nəzərdən keçirir: “O cümlədən eks-prezident Petro Poroşenko, Kiyev meri Vitali Kliçko, Zelenskinin ofisinin rəhbəri Andriy Yermak, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və Radanın keçmiş spikeri Dmitri Razumkovun adı bu siyahıda yer alır”.
Nəşr bildirib ki, Zelenskinin legitimliyi onun 5 illik prezidentlik müddəti başa çatdıqdan sonra, eləcə də ukraynalılar arasında Rusiya ilə uzun sürən münaqişədən artan narazılıq səbəbindən itirilir: “Bununla bağlı Vaşinqton dövlət başçısı postuna yeni namizədi dəstəkləmək imkanını nəzərdən keçirir”.
Qeyd edək ki, Ukrayna Konstitusiyasına əsasən, Zelenski rəsmi olaraq mayın 20-də prezidentlik fəaliyyətini dayandırıb.
Günay