Demokratlar Baydeni istəmir? - Partiyanın nüfuzlu şəxslərindən ETİRAZ

Demokratlar Baydeni istəmir? - Partiyanın nüfuzlu şəxslərindən ETİRAZ

Demokrat partiyasının nüfuzlu şəxsləri də Co Baydenin namizədliyinə qarşı çıxmağa başlayıblar.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ilk belə çağırışı Vermont ştatından olan demokrat senator Piter Uelç edib.

 

O, 81 yaşlı prezidentin namizədliyindən imtina etməli olduğunu açıq şəkildə söyləyib. Senator Vaşinqton Post üçün yazdığı məqalədə, Donald Trampın yenidən prezident seçilməməsi üçün Co Baydenin başqa namizədlə əvəzlənməsinin vacib olduğunu bildirib.

 

Nümayəndələr Palatasının keçmiş spikeri, demokrat Nensi Pelosi də hesab edir ki, Co Bayden yarışda qalıb-qalmamağı ilə bağlı tez qərar verməlidir. ABŞ Senatının demokrat qrupunun lideri Çak Şumer isə qəti fikrini bildirməsə də Baydenin başqa namizədlə əvəzlənməsinə etiraz etmədiyini söyləmişdi.

 

Qeyd edək ki, Amerikalı siyasi analitiklərin əksəriyyəti Co Baydeni zəif bənd adlandırıblar. Onların şərhinə görə Bayden - Tramp yarışında ikinci şəxs daha şanslı görünür.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR